Azərbaycan separatizmin kökünü kəsdi: Qələbəmizlə bağlı illər sonra da kitablar yazılacaq

# 19:49
16 oktyabr 2023

Azərbaycan Prezidenti, müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevin oktyabrın 15-də Xankəndi, Xocavənd və Əsgəranda bayrağımızı qaldırması ilə müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Xankəndidəki çıxışında prezident İlham Əliyev bildirdi ki, dövlət başçısı olaraq qarşıdakı bir nömrəli vəzifə işğal altında olan bütün ərazilərdə, bütün şəhər və kəndlərdə Azərbaycan bayrağını qaldırmaq olub. “Xankəndidə bayrağımız qaldırılmaqla 30 ildən çoxdur ki, xalqımızın məşəqqətinə çevrilən separatizmə son qoyuldu”. Bunu deputat Tural Gəncəliyev deyib. O əlavə edib ki, bu hal regionda geosiyasi reallıqları dəyişdirən hadisə oldu. Deputat onu da əlavə edib ki, qazanılan uğurlarımız barədə kitablar yazılacaq və hadisənin önəmi və strateji nəticələri haqda hələ illərlə danışılacaq. Xatırladaq ki, ölkə başçısı Xankəndidəki çıxışında revanşist qüvvələrə də mesajını çatdırmışdı. O, çıxışında revanşistlərə xəbardarlıq edib ki, Vətən Müharibəsini unutmamalıdırlar. “Qazanılmış uğurların, əldə olunmuş nəticələrin arxasında həm də ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunda apardığı islahatları, hərbçilərin sosial təminatının yaxşılaşdırılması istiqamətində verilən tapşırıqları, müasir avadanlıqlarla və sialahlarla təchiz olunması istiqamətində verdiyi göstərişləri dayanır”. Bunu isə kanalımıza ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Şair Ramaldanov onu da əlavə edib ki, təkcə son illər Azərbaycan ordusu ilə yanaşı, müdafiə sənayesi də inkişaf edib və artıq 20-dən çox ölkə Azərbaycanın müdafiə sənayesi məhsullarının əldə olunması ilə bağlı müqavilə bağlayıb. Fuad Sadıqov APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR