Azərbaycanın qeyri neft-qaz ixracatı niyə azalıb?
Azərbaycanın qeyri neft-qaz ixracatında azalma qeyd alınıb. Xüsusən elektrik enerjisi, spirtli və spirtsiz içkilərinin ixracatı azalıb. Eyni zamanda mövsümü faktorlar, o cümlədən qonşu ölkələrdə infliyasiyanın səngiməsi, milli valyutalar məzənnəsindəki dəyişiklər də ümumi ixcatın həciminə təsir göstərib. Deputat Vüqar Bayramovun fikrincə, qeyri neft-qaz ixracatında növbəti dövrlərdə azalmanın qarşısının alınması üçün xarici ticarətin liberalaşması ilə bağlı fəaliyyətlərin dərinləşilməsinə ehtiyac var. Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Azərbaycanın qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrüı ilə müqayisədə faktiki qiymətlərlə 22 faiz, real ifadədə 30 faiz azalaraq 222 milyon dollar olub.
ORXAN ASLAN APA TV
DİGƏR XƏBƏRLƏR
İranın qərarı regionda və Azərbaycanda hansı nəticələrə yol aça bilər? – APA TV
Havanın temperaturu artdıqca hotellərin qiyməti niyə qalxır? – ARAŞDIRMA
Azərbaycanın müştərisiz əkin sahələri: “Marketlər yalnız yerli məhsulları satsın”