Bakıda 10 faizlə verilən kredit, rayonlarda niyə 19 faizlə təklif olunur?
Mərkəzi Bank ölkədəki ən ucuz kreditlərin Bakıda təklif olduğunu bildirib. Paytaxtda orta kredit faizi bölgələrlə müqayisədə kəskin fərqlənir. Belə ki, Bakıda kredit faizi 10,98, bölgələrdə isə 19% və ya onun üzərindədir. İqtisadçı deputat Vüqar Bayramlı düşünür ki, rayonlarımızda kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən biri bölgələrin biznes kreditlərinə əlçatanlığın aşağı olmasıdır. Yəni risklərini sığortalamaq istəyən banklar nisbətən aşağı faizli biznes kreditlərini Bakıda təklif etməyə üstünlük verirlər. Bu bir tərəfdən bankların regionlarda real sektoru daha az dəstəkləməsinə, digər tərəfdən isə rayon sakinlərinin bahalı kreditlərdən istifadə etməsinə səbəb olur. Rayonlarda bank filiallarının az olması və bu səbəbdən Bakı ilə müqayisədə zəif rəqabət də kredit faizlərinə təsir göstərir. İqtisadçı Rəşad Həsənov bildirir ki, risk nə qədər yüksəkdirsə, kredit faizləri də bir o qədər yüksək olur. Regionlarda kreditlər üçün riskli mühitin olduğunu şərtləndirən amillər iqtisadiyyatın strukdurudur. İqtisadçı Xalid Kərimli də bir sıra regionlarda faiz dərəcələrinin Bakıdan çox olmasının əsas səbəblərindən birinin verilən kreditlərin strukturu ilə bağlı olduğunu bildirib. O ipoteka kreditlərini də buna məsəl gətirib. Bundan başqa, Bakı ilə regionlarda verilən istehlak kreditlərinin də faiz dərəcəsində fərq var. İstehlak kreditlərini vətəndaş biznes kreditləriylə müqayisədə daha rahat şəkildə ala bilir. Həkim, müəllim və s. peşə sahibi bankdan 20000 manat vəsaiti tək şəxsiyyət vəsiqəsi ilə götürə bilir. Amma eyni məbləği regionlarımızdakı sahibkar bankdan götürməyə çətinlik çətir. İqtisadçı ekspert Rəşad Həsənov bunun səbəbini regionlarda qeyri-qanuni məşğulluq və gəlirlərlə əlaqələndirir. Regionlarda daha az leqallıq səviyyəsi banklar tərəfindən gəlirlərin düzgün qiymətləndirilməsi imkanını məhdudlaşdırır. Ölkəmizdə bank sektoru daha çox girov qarşılığında kredit verir. Bu amil də biznes kreditlərinin regionlarda yüksək faizlə tətbiq edilməsinə səbəb olur. İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, bankların attığı addımlar səbəbə yox, vəziyyətə uyğundur. İqtisadçı Rəşad Həsənov bildirir ki, adətən hökümət tösiyyələrlə qənaətlənir, bu kimi prosesləri tövsiyyələrlə idarə etmək olmaz. Regionlarda kredit faizlərinin yüksək olması istiqamətində dövlət özü əlində olan təşviq alətlərindən istifadə etməlidir. Beləcə regionlarda banklar kreditləşməyə sövq edilə bilər. Məsələn, bankların regionlara münasibətdə formalaşdırdığı kredit portfelindən əldə etdiyi gəlirləri vergidən azad edilməsi onların xərc yükünü azalda bilər. İqtisadçı onu da bildirdi ki, regionlarda biznesin mənfəət forması və vətəndaşların gəlirləri aşağıdır. Bahalı borclanma isə region əhalisini daha ciddi şəkildə yoxsulluq riskilə üz-üzə qalmasına gətirib çıxara bilər.
DİGƏR XƏBƏRLƏR
İranın qərarı regionda və Azərbaycanda hansı nəticələrə yol aça bilər? – APA TV
Havanın temperaturu artdıqca hotellərin qiyməti niyə qalxır? – ARAŞDIRMA
Azərbaycanın müştərisiz əkin sahələri: “Marketlər yalnız yerli məhsulları satsın”