Bakıda XIX əsrə aid abidəni kimlər sökür?

# 11:36
18 oktyabr 2023

Çəkiliş apardığımızı görən iki nəfər əvəlcə özlərini fəhlə kimi təqdim etdilər. Ancaq sonra məlum oldu ki, suallarımıza cavab verməmək üçün özlərini belə təqdim ediblərmiş. Əslində ərazini tezbazar tərk edən bu şəxslər iş icraçıları imiş. Ən çox da Araz Məmmədov adlı şəxsin evi deformasiyaya uğrayıb. Hər nə qədər tikinti şirkətinin rəhbəri bu ziyanı ödəyəcəyi ilə bağlı vəd versə də, bunu reallaşdırmayıb. Elə bu səbəbdən də Araz Məmmədov hüquq- mühafizə orqanlarına müraciət etməli olub. Sakinlər deyir ki, bina hasarlananda onları aldadıblar ki, restavrasiya olunacaq. Ancaq sonra binanı sökməyə başlayıblar. Şikayətlərdən sonra işi dayandırıblar. Bir müddət sonra isə tarixi bina bu vəziyyətə düşüb. Hələ bu harasıdır?! Hasarın aşmaması üçün ekologiyaya da ciddi ziyan vurulub. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən mövqe öyrənmək cəhdimiz baş tutmadı. Nə zənglərimizə cavab verdilər, nə də sorğumuza. Bu susqunluğun fonunda isə tarixi binalar tək-tək yoxa çıxmağa davam edir.

AYTƏN SAKİTQIZI

ARİF ƏLİYEV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR