Bir damcısı belə ölümə səbəb ola bilər - Antibiotiklərdən uzaq durun

# 20:00
5 dekabr 2023

Sağlamlıqla bağlı problemlər yarananda antibiotiklərdən tez-tez istifadə edirik. İnsanlarda belə bir qəti inam var ki, antibiotiklər dərhal sağalmağa kömək edir. Ancaq nəzərə almaq lazımdır ki, bu vasitələrin xeyirli cəhətləri olduğu kimi, mənfi cəhətləri də var. Antibiotik hətta insan ölümünə də səbəb ola bilər. İnfeksionist Əminə İsmixanova deyir ki, antibiotikləri necə gəldi istifadə etmək olmaz, bunlar vitamin preparatı ya da, hərarət salan deyil. Bu dərmanların təyinatı konkret hədəf üçün olmalıdır. Buna görə də antibiotikləri ev şəraitində, həkim təyinatı olmadan qəti şəkildə istifadə etmək olmaz. Həkim uşaqları ümumiyyətlə antibiotiklərdən uzaq tutmağa çağırır. Sonda onu qeyd edək ki, Rusiya və Türkiyə də daxil olmaqla əksər ölkələrdə antibiotiklərin satışı yalnız reseptlə həyata keçirilir. Aygün Carçıyeva, Vüsal Bayramov, APA Tv

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR