Cırıq pulları atmayın, bu məkanlarda yenisini verirlər

# 10:01
12 oktyabr 2023

 

Bir çoxumuz cırıq manatı atırıq. Bir çox marketlər və alış-veriş mərkəzləri də “skoç”la bitişdirilmiş, yaxud hər hansı bir formada zədələnmiş pulları qəbul etmirlər. Elə biz özümüz də mağazada kassir cırıq, zədələnmiş pul verərkən yenisiylə dəyişdirmək istəyirik. Ancaq vətəndaşlar bilməlidirlər ki, bu cür pullar alış-veriş mərkəzlərində qəbul edilməsə də, banklarda edilir. Yəni vətəndaş sahib olduğu əskinası və ya metal pulu banka apararaq rahat bir şəkildə dəyişə bilər. Bəzi hallarda isə vətəndaşlarımız yararsız hala düşmüş əskinasları daha aşağı dəyərlə fərdi şəxslər vasitəsi ilə dəyişdirirlər. Halbuki pulun yararsız hala düşməsi onun tam dəyərdə dəyişdirilməsi üçün hansısa maneə yaratmır. İqtisadçı ekspert Ruslan Atakişiyev də bildirdi ki, yararsız pulların dəyişdirilməsi üçün heç bir ödəniş tələb olunmur. İstər 1, istərsə də 500 manat olsun, vətəndaş rahat şəkildə zədələnmiş pulu eynisiylə dəyişdirə bilər. Ekspert bildirdi ki, alış-veriş mərkəzlərinin zədələnmiş pulları götürməyə öhdəliyi olmadığı üçün bu məsələdə onları qınamaq olmaz. Ancaq ticarət mərkəzlərinin qanunvericilikdə xırda qəpikləri götürməsində öhdəliyi var, yəni onlar xırda pul götürməkdən imtina etməməlidirlər. Zədələnmiş milli valyutanı müvafiq banklarda dəyişə bilirik. Bəs yaxşı xarici valyutanı necə, ölkə banklarında dəyişmək mümkündürmü? Əlqərəz, yararsız hesab etdiyiniz pulunuz varsa, aşağı dəyərə dəyişdirməyin, ya da atmayın. Banklara müraciət edərək, həmin əskinası yenisi ilə əvəzləyə bilərsiniz. AYNUR QARA VÜSAL BAYRAMOV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR