Dovşan 1 manat 10 qəpik, bildirçin 16 qəpik...

# 19:13
17 oktyabr 2023

Ov mövsümünün ən qızğın vaxtı oktyabr ayıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, ölkəmizdə 2023-2024-cü illər üçün ov mövsümü sentyabrın ortalarından açıq elan olunub. Respublika ərazisində 2023-2024-cü illərin ov mövsümündə “Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları” var ki, buna hər bir vətəndaş əməl etməlidir. Belə ki, adambaşına birdəfəlik norma bildirçin üçün 4 ədəd, dovşan 2 baş, qaşqaldağ 3 ədəd, göyərçin 4 ədəd, 3 nəfərdən az olmayan qrup üçün qaban 1 baş, Nutriya təsərrüfatları olan təşkilatlar üçün Bataqlıq qunduzu, qaz 1 ədəd, cüllüt 4 ədəd, ördək 3 ədəddir. Nazirliyin verdiyi məlumata görə, birdəfəlik heyvan və ya quş üçün ov icazəsinin hər birinin öz qiyməti var. Belə ki, dovşana 1 manat 10 qəpik, çaqqala 3 manat 96 qəpik, yenota və qunduza 1 manat 65 qəpik, qabana 16 manat 50 qəpik, ördəyə 99 qəpik, qaşqaldağa 31 qəpik, cüllütə 31 qəpik, qaza 2 manat 53 qəpik, göyərçin və bildirçin üçün isə 16 qəpik təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR