Bank Of Baku

Hansı dərmanlar halal, hansılar haram sayılır?

# 18:53
2 noyabr 2023

Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən "Halal dərman vasitələri”nə dair dövlət standartı qəbul edilib. Məsələ ilə bağlı Azərbaycan Standartlaşdırma İnstitutundan bildirilib ki, standart İslam qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir. Standart, halal dərman məhsulları üzrə “halal” statusunun qorunub, saxlanılmasını təmin edəcək və istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək. Bəs görəsən yeni standartın tətbiqi dərman satışına necə təsir göstərəcək? İlahiyyatçı Fazil Əhmədli ölkəmizdə əhalinin əksəriyyəti müsəlman olduğu üçün sözügedən qərarın verilməsini təqdirəlayiq hesab edir. Onun sözlərinə görə, tərkibində spirt olan dərmanlar haram sayılmasa da, tərkibində digər haram məhsullar olan dərmanlar haqqında bunu demək olmaz. Qeyd edək ki, hazırda Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Malayziya kimi müsəlman ölkələrində də halal dərman standartı tətbiq olunur.

ORXAN ASLAN ELVİN MURADOV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR