Lizinqlə alınan maşına görə ödənilən sığorta pulunu sürücü necə ala bilər?

# 16:30
21 noyabr 2023

Lizinq şərtlərinə görə kreditdən daha rahat olduğu üçün bəzi şəxslər avtomobil əldə etmək istəyərkən bu vasitəyə üz tuturlar. Lizinqi kreditdən fərqləndirən cəhət bir çox sənədlərin və girovun tələb olunmamasıdır. Lakin bir çox hallarda lizinq müqavilələri üzrə sığorta məsələləri düzgün tənzimlənmir. Bu da yol-nəqliyyat qəzaları zamanı avtomobili alanlar üçün ciddi problemlər yaradır. Çünki sığorta şirkətləri avtomobili alan şəxslə deyil, lizinq şirkəti ilə müqavilə bağlayır. Belə olduqda isə hansısa qəza baş verdikdə avtomibili alan şəxs onun sahibi sayılmır deyə, sığorta ödənişi də ala bilmir. Sığorta üzrə mütəxəssis İlkin İbrahimov deyir ki, hazırkı qanunvericiliyə əsasən, hadisə zamanı sığorta ödənişi lizinq verən tərəfə ödənilməlidir. Çünki lizinq verən tərəf əmlakın sahibi sayılır və müqavilə onunla bağlanır. Sığorta ödənişini lizinq alanın götürə bilməsi üçün isə lizinq şirkətinin ona bununla bağlı etibarnamə verməsi lazımdır. Lizinq bazarı üzrə mütəxəssis Ceyhun Nağıyev deyir ki, bu cür amillər lizinq bazarında durğunluğun yaranmasına da səbəb olur. Ekspertin sözlərinə görə, hazırda ölkəmizdə 1 milyon 400 mindən artıq avtomobil var ki, bunun da yalnız 2 faizi 1 il əvvəl istehsal olunan avtomobillərdir, qalanları isə köhnədir. Lizinq bazarının canlanması avtoparkın yenilənməsinə də səbəb ola bilər.

ORXAN ASLAN VÜSAL BAYRAMOV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR