“Muğanbank”a girov qoyulan qızıl və əmlakların aqibəti necə olacaq?

# 16:26
26 oktyabr 2023

 

“Muğanbank”a girov qoyulan qızıl və əmlakların aqibəti necə olacaq? – APA TV Bir neçə gündür Azərbaycan Mərkəzi Bankı “Muğan Bank” ASC-nin lisenziyasını ləğv edib. Bankın idarә olunması üzrә bütün sәlahiyyәtlәr müvәqqәti inzibatçıya keçib. Mərkəzi Bankdan bildirilib ki, bankın depozitlərinin 99,9 faizinin sığortalanıb və bu da o deməkdir ki, kim bu banka depozit qoyubsa, pulunu geri alacaq. Amma burada sığortalanmayan məbləğlər də var ki, onların da verilmə ardıcıllığı bankın öhdəliyindədir və qanunvericiliyə müvafiq qaydada həll olunacaq. Bəs “Muğanbanka” qızıl, yaxud hər hansı bir daşınmaz əmlak girov qoyub, pul götürənlərin aqibəti necə olacaq? İqtisadçı bildirdi ki, vətəndaşlar daha rahat ola bilər, çünki hazırda sözügedən bankın idarəetməsinə görə dövlətin Əmanətlərin Sığortalanma Fondu məsuliyyət daşıyır. Vətəndaşlar kredit öhdəliklərini yekunlaşdırandan sonra həmin o depozitə götürülmüş, yəni depozit qutularında saxlanılan girov predmetləri qaytarılacaq. AYNUR QARA APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR