“Qızıl alanda da aldanırıq, satanda da” – FIRILDAQÇILARA DİQQƏT

# 09:52
27 oktyabr 2023

 

Söhbət qiymətli metal və daşlardan gedirsə, keyfiyyət göstəricilərindən tam əmin olmağa ehtiyac yaranır. Hazırda bazarlarda bəzi saxtakarlıq hallarına yol verilir. İnsanların bir çoxu qızıl-zinət əşyalarını sevsələr də, onların keyfiyyəti, tərkibi və əyarı barədə məlumatlı olmurlar. Görünüşünə, parıltısına aldanırlar. Saxta qızılları xalis qızıldan ayırmaq bəzən çox çətin olur. Bu da dələduzluq hallarının artmasına gətirib çıxarır. Bəs aralarındakı fərqi necə ayırd edə bilərik? Satıcı Bayram Baxışəliyev bildirir ki, qızıl məhsullarına qatqılar, əsasən yerli məhsullarda müşahidə olunur. Bazarda gəzərkən bəzi məhsulların ilgəyinə şüşə daşların yerləşdirilməsi diqqətimizi çəkdi. Aldığımız məlumata görə həmin daşlarda qızılın qiymətinə əlavə olunaraq hesablanır. Bu da çəkidə və qiymətdə fərq edir. Satıcılar bildirir ki, bu tip əlavə daşlar, əsasən, xaricdən gətirilən məhsullarda olur. Alıcıların şübhəyə düşdüyü digər bir məqam da briliyant qaşlı məhsulların orijinallığı ilə bağlıdlır. Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyir ki, alıcılar qızıl və ya qiymətli daşlar alarkən sertfikat və qəbz tələb etməlidirlər. Ekspert tövsiyə edir ki, qızıl-zinət əşyalarını etibarlı satıcılardan və mağazalardan almalıyıq. Əks təqdirdə aldanmaq ehtimalı daha çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR