Siqaret və alkoqollu içkilərin qiyməti qalxacaq?

# 18:22
2 noyabr 2023

Siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılır. Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb. Belə ki, Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, aksiz dərəcəsi nazik siqarların hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilir. Bəs aksiz dərəcələrinin artırılması siqaretin qiymətinə təsir edəcəkmi? Aksiz dərəcəsi içməli spirt, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata qaldırılır. Ekspertin sözlərinə görə, bu bazar strategiyası əhalinin alıcılıq gücü və şirkətlərin qiymət siyasətindən asılı olaraq satış qiymətlərinin üzərində qısa və orta uzunmüddətli formada öz əksini tapacaq.

AYNUR QARA RASİM BƏHRAMİ APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR