“Təcili yardım 2 manatlıq yolu 15 manata gəlir ”

# 17:23
16 oktyabr 2023

Qəbələnin Qəmərvan kəndi dağların qoynunda yerləşdiyindən gözəl mənzərəsi və valehedici təbiəti onu turistik kəndə çevirib. Kənddə yüzlərlə restoran və turizm obyektlərinin fəaliyyət göstərməsi kəndin qonaqlarının çox olmasının sübutudur. Amma bura gəlmək istəyən turistlər min bir əziyyətə qatlaşmalı olurlar. Çünki kəndin yolu uzun illərdir təmir olunmadığından yararsız vəziyyətə düşüb. Kəndin yolunun yararsız olması sakinləri, eləcə də kəndə gələn turistləri və qonaqları çətin vəziyyətə salıb. Sakinlərin hərəkəti, rayon mərkəzinə gəliş-gedişləri əməlli-başlı problemə çevrilib. Hər yağış yağanda da kəndin yolları daha da bərbad vəziyyətə düşür. Kəndin sel sularının dağıtdığı daxili küçələrində keçilməz bir mənzərə yaranıb. Kəndin tək problemi bu da deyil. Camaat deyir ki, ərazidə poçt olmadığı üçün kommunal ödənişləri eləmək onlara baha başa gəlir. Problemlə bağlı Qəmərvan kənd bələdiyyəsinə müraciət etdik. Bələdiyyə sədri Namizəd Qasımov bildirdi ki, yola daş – çınqıl döşənsə də problemin köklü həlli üçün hər hansı addım ata bilmirlər. Çünki bələdiyyənin yetərli maddi vəsaiti yoxdur. Kənd sakinlərinin poçtla bağlı probleminə gəlincə isə, bələdiyyə sədri bildirdi ki, kənddə poçt idarəsi olub, amma idarə bu ilin yazında bağlanıb. Bundan sonra bələdiyyə tərəfindən aidiyyəti qurumlara edilən yazılı və şifahi müraciətlərə cavab olaraq bildirilib ki, Qəmərvan kəndindəki poçt idarəsi gəlirsiz işlədiyinə görə bağlanılıb. Bələdiyyə sədri həmçinin bildirib ki, poçt probleminin həlli üçün yaxın zamanda kəndə terminalın qoyulması istiqamətində addımlar atılacaq.

İlham Əhmədov, Taleh İbrahimov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR