Tikinti məhsulları ucuzlaşır, bəs evlər niyə bahalaşmağa davam edir?
Tikinti məhsulları ucuzlaşır, bəs evlər niyə bahalaşmağa davam edir? – APA TV Son vaxtlar tikinti materialları bazarındakı bəzi məhsullarda qiymət enməsi müşahidə olunur. Qiymət enməsi bazarda alıcılıq qabiliyyətinin, tikinti materiallarına tələbatın azalması ilə bağlıdır. Əsasən taxta materialı və dam örtüklərində nəzərə çarpan ucuzlaşmanın digər bir səbəbi də bazara gələn məhsulda qiymət enməsinin olmasıdır. Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, ucuzlaşmanın səbəbi paytaxtda aparılan tikinti işlərinin sayının azalmasıdır. Lakin bəzi tikinti materiallarının qiyməti ensə də, bu əmlak bazarındakı qiymətlərdə özünü göstərmir. Ekspert deyir ki, hazırda tikinti azdır deyə, ucuzlaşma əmlakların satış qiymətinə təsir göstərə bilmir.
ORXAN ASLAN ARİF ƏLİYEV APA TV
DİGƏR XƏBƏRLƏR
İranın qərarı regionda və Azərbaycanda hansı nəticələrə yol aça bilər? – APA TV
Havanın temperaturu artdıqca hotellərin qiyməti niyə qalxır? – ARAŞDIRMA
Azərbaycanın müştərisiz əkin sahələri: “Marketlər yalnız yerli məhsulları satsın”