“Xaricdə qarşı yola çıxana tərbiyəsiz, bizdə isə yaxşı oğlan kimi baxırlar”

# 19:00
19 oktyabr 2023

 

Bakı şəhərində nəqliyyat vasitələrinin sayının gündən-günə artması tıxacların çoxalmasına səbəb olur. Hər gün yüz minlərlə insan tıxaclarda saatlarla vaxt itirir. Tıxacların azalmasına təsir göstərən amillərdən biri alternativ nəqliyyat imkanlarıdır. Bəzi ölkələrdəki liman şəhərlərində su taksiləri var. Bu taksilər həm sıxlığın azalması, həm də turistik baxımdan əlverişlidir. Alternativ nəqliyyat kimi dəmiryol nəqliyyatını da nümunə göstərmək olar. Hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar hərəkət edir, amma bu qatarlar hər stansiyada dayanmır. Stansiyanın binasına yaxınlaşdıqda orada növbətçi bizi qarşıladı. O, qatarların hərəkətini tənzimləməklə məşğul olduğunu, stansiyanın sərnişinlərə niyə xidmət göstərməməsi barədə məlumatlı olmadığını dedi. Ətrafda yaşayan sakinlər və iş yerləri bura yaxın olan şəxslər isə stansiyanın yenidən fəaliyyətə başlamasını istəyirlər. Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən sorğumuza cavab olaraq bildirildi ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə potensial sərnişin tələbatı daha çox olan ərazilərdə qatarlara dayanacaq verilir. Gələcəkdə Nərimanov istiqamətində sərnişin tələbatı kəskin artarsa, stansiyada dayanacağın verilməsi məsələsi nəzərdən keçirilə bilər. Xarici ölkələrdə tıxac probleminin həlli üçün reversiv yol təcrübəsindən də istifadə olunur. Bu yollarda hərəkət xətti nəqliyyat axınına uyğun olaraq tənzimlənir. Belə ki, yolun günün pik saatlarında tıxac olan istiqamətinə əks istiqamətdəki zolaqlar əlavə olunur. Hərəkət xüsusi nişanlarla tənzimlənir. Ölkəmizdə isə bu təcrübədən istifadə olunmur. Ekspert Elməddin Muradlı deyir ki, buna maneə yollarda ayırıcı beton sədlərin quraşdırılmasıdır. İnanmaq istərdik ki, şəhərimizdə nəqliyyatın vəziyyəti yaxın gələcəkdə müsbət istiqamətdə dəyişəcək. Sakinlər getdikləri yerə rahat və təhlükəsiz şəkildə çata biləcəklər.

ORXAN ASLAN

RASİM BƏHMƏNİ

VÜSAL BAYRAMOV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR