Yol ətrəflarında göz qamaşdıran ölüm: Bir qutu yağa baxıb, qəza törədir

# 14:52
17 oktyabr 2023

 

Mövzu ilə bağlı Azərbacan Dövlət Reklam Agentliyinə müraciət etdik. Elçin Mahir onu da qeyd etdi ki, professional ixtisaslaşdırılmış reklam lövhələri qoyularkən yerdən reklam sahəsinə olan məsafə 2.5 metrdən, avtomobil yolunun üzərinə qoyulursa, 5 metrdən hündür olmalıdır. Bu da həm piyadaların, həm də sürücülərin təhlükəsizliyinə hesablanıb. İşığın səviyyəsinin az və ya çox olması isə reklam yayıcısı tərəfindən tənzimlənir. Burdan isə belə bir sual çıxır: Necə olur ki, reklam lövhələri ilə bağlı hər şeyə nəzarət edən, icazəsiz qoyulan bir lövhə belə gözündən qaçmayan Azərbaycan Dövlət Reklam Agentliyi sürücülərin həyatı üçün potensial təhlükə yaradan işıqlandırmanı reklam yayımçılarının öhtəsinə buraxıb? Bu açıqlamadan belə çıxmırmı ki, biz pulumuzu qazanaq, siz ölsəniz də olar? Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı da deyir ki, reklam lövhələri qətiyyən sürücülərin diqqətini yayındırmamalıdır. Kiçik araşdırmamızdan onu anladıq ki, problemin birdəfəlik həlli üçün sürücülərin bu cür reklam lövhələri ilə qarşılaşdıqda yorulmadan, usanmadan, davamlı şikayət etmələri lazımdır. Şikayətin ünvanı isə Azərbaycan Dövlət Reklam Agentliyinin 14 12 nömrəli Çağrı Mərkəzi ilə yanaşı, Azərbaycan Baş Dövlət Yol Polisinin 902 nömrəli qaynar xətti olmalıdır.

SÜNBÜL HÜSEYNOVA

Elvin MURADOV V

ÜSAL BAYRAMLI APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR