Ailə sirlərinin mediada işıqlandırılması qanun pozuntusudur?

# 15:48
3 may 2024

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forumun açılış mərasimi baş tutub. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, keçirilən Forum vasitəsilə Azərbaycan mediasının müasir tələblərindən və inkişaf tempindən irəli gələn tendensiyalar, habelə cəmiyyətin mediadan gözləntiləri baxımdan yeni bir təcrübənin əsası qoyulur. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, bu gün əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, sosial dəstək proqramları və s. ilə bağlı ictimaiyyətin mütəmadi məlumatlandırılmasında media mühüm rol oynayır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə vurğulayıb ki, ailə sirrlərinin, çətin həyat şəraitində yaşayan uşaqların hekayələrinin, şəxsi məlumatların yayımlanması qanunvericiliyin və etik prinsiplərin tələblərinin pozulmasına və yanlış düşüncələrin, davranış pozuntularının yaranmasına yol açır. Qeyd edək ki, Forum “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik ili”ndə media gündəmi” mövzularında təşkil ediləcək panel sessiyalar ilə davam edib.

LƏMAN SALEHOVA TURAL ƏLİZADƏ APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR