Ailəvi istirahət mərkəzində anidən yanğın baş verdi

# 19:04
29 aprel 2024

Göygöldə yanğın hadisəsi baş verib. Hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Kənd ərazisində yerləşən ailəvi istirahət mərkəzində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 110 m² olan birmərtəbəli obyektin yanar konstruksiyaları və obyektin içərisində olan əşyalar tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Obyektin sahibinin sözlərinə görə yanğın birdən birə başlayıb. Qeyd edək ki, yanğın zamanı restoran sahibinə 70 min manata yaxın ziyan dəyib. Faktla bağlı araşdırmalara başlanıb. Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR