Azərbaycanda güclü zəlzələ gözlənilir? – Qurban Yetirmişlidən CAVAB

# 20:00
5 mart 2024

Azərbaycanda güclü zəlzələ gözlənilir? – Qurban Yetirmişlidən CAVAB – APA TV “Azərbaycanda güclü zəlzələ gözlənilir” bu tipli statuslar demək olar ki, bütün sosial şəbəkələri bürüyüb. Belə ki, bəziləri social şəbəkələrdə, müxtəlif video kontentlərdə dünyadakı zəlzələ görüntülərini paylaşır və yaxın zamanda Azərbaycanda güclü təkanların qeydə alınacağını bildirirlər. Azərbaycanda həqiqətən güclü zəlzələ gözlənilir? Azərbaycanın da Alp-Himalay qırışıqlığında yerləşməsi həqiqəti Türkiyədəki zəlzələrdən sonra ölkəmizin vətəndaşlarında narahatlıq hissi yaradıb. Belə deyək, sanki zəlzələ panikası var. Bu təşviş isə bəzi işbazların əlində fürsətə çevrilib. Bu səbəbdən feyk yaymaqla məşğuldurlar. Zəlzələ panikasının psixoloji tərəfləri barədə onu deyə bilərik ki, hər bir şəxsin həyatı situasiyalara reaksiyaları fərqli olur. Sinir sistemində problemli insanlar zəlzələ xofuna rahatlıqla qalib gələ bilmirlər. Sonda mütəxəssis tövsiyyə edir ki, bu cür hallardan qorunmaq üçün ekstrimal vəziyyətdə özünümüdafiə bacarığını araşdırmaq və mənimsəmək lazımdır. Belə olan təqdirdə insanın baş verəcək hadisəyə qarşı psixoloji dayanıqlığını güclənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR