Bu tibb müəssisəsində ancaq təzyiq ölçüb, iynə vururlar

# 14:46
29 aprel 2024

Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən Ailə Sağlamlıq Mərkəzinin bir köhnə binası qalıb. Sakinlər burada ancaq uşaqlarını peyvənd olunması üçün, təzyiq ölçmək və iynə vurdurmaq üçün müraciət edirlər. Çünki burda nə laboratoriya, nə normal tibbi ləvazimatlar, nə də mütəxəssis var. Binanın vəziyyətindən isə danışmağa dəyməz. Ərçivan qəsəbə Ailə Sağlamlıq Mərkəzi xəstəxana kimi 1995 – ci ildən fəaliyyət göstərir. O vaxtlar xəstəxanada mütəxəssislər, doğuş şöbələri, diş həkimləri, terapevtlər olub. Həmin həkimlər pensiyaya çıxandan sonra, onların yerinə gələn olmayıb. Ailə Sağlamlıq mərkəzinin müdiri bildirdi ki, mərkəzdə iki həkim, pediator və stomatoloq var. Digərləri tibb bacılarıdır. Sağlamlıq mərkəzində əsasən peyvəndlənmə və xəstələrin müraciətləri əsasında müalicə aparılır. Ağır xəstələr mərkəzi xəstəxanaya göndərilir və sonrakı müalicəyə Astara rayon mərkəzi xəstəxanası özü qərar verir. O ki, qaldı şəraitsizliyə və təmirə, hazırda bina bələdiyyənin balansında olduğu üçün burda hər hansı bir iş görmək olmur. Bu istiqamətdə danışıqlar gedir. Qeyd edək ki, Ərçivan qəsəbə Ailə Sağlamlıq Mərkəzi iki mərtəbədən, 29 otaqdan ibarətdir. 21 otaq şəraitsizliyə görə bağlanıb. Daxili imkanlar hesabına qismən təmir olunan 8 otaq fəaliyyət göstərir. Sağlamlıq mərkəzi 6 – 7 kənddən olan 10 mindən yuxarı sakinə xidmət göstərir.

İlkin Rzayev Rövşən Almazoğlu APA TV Astara

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR