Gələn ildən Azərbaycan bazarında Laçın balığı görə bilərsiniz

# 18:10
15 noyabr 2023

Gələn ildən Azərbaycan bazarında Laçın balığı görə bilərsiniz - APA TV Bu kadrlar Qarabağda ilk nərəyetişdirmə təsərrüfatı olan Laçındakı Həkəri Balıq Təsərrüfatındandır. Bu müəssisədə il ərzində 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel yetişdiriləcək. Hazırda bu müəssisədə Laçından olan 37 sakin çalışır. Onlardan da biri Nurlan Ağayevdir. Laçına yeni köçən müsahibimiz deyir ki, onlar təkcə yaxşı şəraitlə təmin olunmayıb. Həm də onların məşğulluq məsələləri həll olunub. Müsahibimiz deyir ki, növbəti ildən Azərbaycan bazarına Laçın balığı çıxartmağı planlaşdırırlar. Hazırda müəssisədə işlə təmin olunan Səbuhi Məmmədov deyir ki, bura yeni köçən hər bir ailə Laçına düşdüyü gün onun ev, mənzil şəraiti həll olunur. Qeyd edək ki, Laçın şəhərinə indiyədək 315 ailə, yəni 1205 nəfər köçüb. Bu ay Laçına daha 75 ailənin qayıtması gözlənilir. Zabux kəndinə 94 nəfərlik 21 ailə geri dönüb. Ümumilikdə Laçın rayonu ərazisinə 336 ailə, yəni 1299 nəfər köçürülüb. Emin Babayev, APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR