Güclü leysan İsmayıllı-Qəbələ yolunda torpaq sürüşməsinə səbəb oldu
Dünən gecə saatlarında başlayan leysan yağışları Qəbələdə bəzi fəsadlara yol açıb. Leysan yağışları nəticəsində Qəbələnin Bunud və Həzrə kəndlərində sakinlərin şəxsi təsərrüfatlarına, eləcə də kənd daxili yollara ziyan dəyib. Bir neçə həyətyanı sahəyə sel suları altında qalıb. Sakinlər bildirir ki, toyuq-cücə tələf olub, sel suları bostanları məhv edib. Güclü leysan yağışları İsmayıllı-Qəbələ avtomobil yolunda fəsadlar yaradıb. Yağan güclü leysan yağışları nəticəsində magistral yolun kənarlarında aşınmalar yaranıb. Yolun dağlıq ərazidən küçən hissəsində torpaq sürüşməsi olub, nəticədə elektrik dirəklərinə ziyan dəyib. Kəndləri elektrik enerjisi ilə təmin edən xətlər də zədələnib. Hazırda ərazidə təmir-bərpa işləri aparılır. Sumağallı, Qalacıq, Qurbanəfəndi və İstisu kəndində elektrik enerjisinin verilişində fasilə yaranıb. Qeyd edək ki, leysan xarakterli yağışlar hələ də davam edir.
DİGƏR XƏBƏRLƏR
![Astanada keçiriləcək 5-ci Dünya Köçəri Oyunlarına hazırlıq işləri sürətlə davam edir](https://apa.az/storage/apa-tv/news/2024/july/04/big/66863d2af2aa866863d2af2aa9172007351466863d2af2aa466863d2af2aa6.png)
Astanada keçiriləcək 5-ci Dünya Köçəri Oyunlarına hazırlıq işləri sürətlə davam edir
![Susuzluğu yatıran bu çay sonsuzluq yaradır? – “İmmun sistemini pozur, xərçəngə yol açır”](https://apa.az/storage/apa-tv/news/2024/july/04/big/66863c36b77bf66863c36b77c0172007327066863c36b77bb66863c36b77bd.jpg)
Susuzluğu yatıran bu çay sonsuzluq yaradır? – “İmmun sistemini pozur, xərçəngə yol açır”
![“Ağsuya qədər belə ovdanlar mövcuddur” – Hacıqabulun qədim su anbarlarından REPORTAJ](https://apa.az/storage/apa-tv/news/2024/july/03/big/6684ee4d81b456684ee4d81b4617199877896684ee4d81b436684ee4d81b44.jpg)
“Ağsuya qədər belə ovdanlar mövcuddur” – Hacıqabulun qədim su anbarlarından REPORTAJ
![Obyekti yanan sahibkar danışdı](https://apa.az/storage/apa-tv/news/2024/july/03/big/6684e991610f96684e991610fa17199865776684e991610f76684e991610f8.jpg)