“İcra hakimiyəti işıqları söndürür, onları da gecə saat 3-4-də əraziyə çıxarır”

# 09:40
1 noyabr 2023

Paytaxt Bakıda küçələri təmizləyən kommunal təsərrüfat işçilərinin avtomobillər tərəfindən vurulması halları tez-tez baş verir. Xüsusən də axşam saatlarında. Amma həftə ərzində baş verən iki belə bədbəxt hadisə gündüz saatlarında qeydə alınıb. Avtomobil günün günorta vaxtı hava limanı yolunda, körpülərdən birinin üstündə 55 yaşında təmizlik işçisini vuraraq, öldürüb. İddia olunur ki, hadisə qadın yolu keçərkən baş verib. Əslində isə hadisə qadın yolun kənarında təmizlik işləri apararkən baş verib. Bu cür hadisələrin müxtəlif baş vermə səbəbləri var. Məsələn, üstündə fosforlu yazılar olan geyimlər təmizlik işçilərinə ona görə verilir ki, gecələr işığı əks etdirsin, sürücülər yolda insan olduğunu anlasınlar. Problem onda yaranır ki, bu geyimlər vaxtlı-vaxtında yenilənmir. Bir neçə dəfə yuyulduqdan sonra isə üzərindəki fosfor gedir. Bəs digər səbəblər nədir?

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR