“Qaqarin” körpüsü istismar müddətini bitirib

# 12:00
10 may 2024

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi onu da bildirdi ki, körpünün nə vaxt söküləcəyi barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək. Ess... Nəqliyyat üzrə ekspert Aslan Əsədov isə körpünün bərpasını daha məqsədəuyğun hesab edir. Qeyd edək ki,Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov – Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən uzunluğu 202 m , eni 17 m, 12 aşırımdan ibarət olan Cavanşir yolötürücüsü dəmiryolu vasitəsi ilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilib. Keçirilmiş müayinələr zamanı yolötürücüsünün aşırım qurğularının tirlərində, rigellərdə, dayaqlarda korroziya meydana gəlməsi, qopmaların, dağılmaların olması, bəzi yerlərdə armaturların üzə çıxaraq dəmir-beton konstruksiyaların bütövlüyünün pozulması halları və polad dayaq yastıqlarında korroziya ilə yanaşı yerdəyişmələrin də olduğu müəyyən edilmişdir.

LƏMAN SALEHOVA RAMİQ ABBASOV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR