“İldə 3-4 dəfə məhsul yığılır” – Astaradan REPORTAJ
Astarada 3 – cü çay yığımına başlanılıb. Bu il plantasiyalarda 200 tona yaxın məhsul yığılması nəzərdə tutulub. Çay əsasən, Astaranın Şüvi və Kijəbə kəndləri ərazisində yetişdirilir. Təsərrüfat sahiblərinin dediklərinə görə, bu il havaların yağıntılı keçməsi məhsuldarlığa müsbət təsir göstərib. Qeyd edək ki, ötən il Astara rayonunun çay planatsiyalarında 145 ton məhsul götürülüb. Bu il isə istehsalın 30 - 40 faiz aratcağı proqnozlaşdırılır. Onu da bildirək ki, çay kolu ildə 3 - 4 dəfə məhsul verir. İlk yığım may ayından başlayır. Əlverişli hava şəraiti davam edərsə, bundan sonra hələ bir çay yığımı da baş tutacaq. Bu yığım da avqustun sonu, sentyabrın əvvəllərinə təsadüf edir. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Astara
DİGƏR XƏBƏRLƏR

Bakı metrosunun “sovetdənqalma qatarlar”ı yenisi ilə əvəzlənməyəcək? – “65 yeni vaqon alınacaq”

Bakıda borca görə düşən mübahisədə söyüş də söyüldü və qan çıxdı

Telefonlardakı şəxsi görüntü və bank hesablarınız ələ keçirilə bilər
