“Kömək etdim, pul göndərdim, məlum oldu ki, xəstə deyilmiş”

# 15:11
11 dekabr 2023

Son dövrlərin ən çox yayılan dələduzluq vasitələrindən biri də ehtiyac sahibləri və xəstələr üçün yardım toplamaq adı ilə insanların aldadılmasıdır. Az qala hər günümüzü sosial şəbəkə hesablarımıza gələn yardım xahişləri ilə açırıq. İçimizdəki mərhəmət kömək etməli olduğumuzu, hər gün rastlaşdığımız fırıldaqçılıq xəbərləri isə inanmamalı olduğumuzu deyir. Bəs paytaxt sakinləri bu barədə nə düşünür? Cəmiyyətdə yaranmış dələduzluq hallarına görə, necə deyərlər, “qurunun oduna yaş da yanır”. İanə xahişlərinin saxta olduğunu ifşa edənlər bir daha kiməsə kömək etmək istəmir. Hüquqşünas Şamil Paşayev deyir ki, ümumiyyətlə, kart məlumatlarının paylaşılaraq ianə, pul yığılması qanunsuzdur. Müvafiq qurumlar tərəfindən insanları aldadan, pulunu alan şəxslər müəyyən cəzaya tabe edilsə də, məsələnin həlli üçün qabaqcıl ölkələrin təcrübəsindən istifadə etmək lazımdır. Məsələn, qardaş Türkiyədə problemə belə çarə tapılıb. Bu istiqamətdə işlərin görülüb-görülmədiyini öyrənmək üçün TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova ilə əlaqə saxladıq. Onun sözlərinə görə, TƏBİB-ə də bununla bağlı çoxsaylı müraciətlər daxil olur. Xidmətlər zərfinə daxil olan xəstəliklər özəl və ya dövlət tibb müəssisələrində müalicə olunur. Gələn müraciət xidmətlər zərfinə daxil deyilsə və Azərbaycanda müalicəsi yoxdursa, istisna hallarda TƏBİB tərəfindən elanlar paylaşılır. Millət vəkili Rəşad Mahmudov isə düşünür ki, müəyyən xəstəliklərin müalicəsi üçün şəxslərə yox, müalicə alacaqları tibb müəssisələrinə ödəniş olunmalıdır. Millət vəkili həmçinin qeyd edib ki, bu məsələ qanunvericilik orqanının predmeti olmasa da, xüsusi tənzimlənməyə ehtiyac var. Hazırki durumda məsələ qalır insanların öz vicdanına. Amma yaxşı olardı ki, Türkiyə təcrübəsində olduğu kimi ianə kartları hansısa rəsmi orqan tərəfindən qeydiyyatdan keçsin. LƏMAN SALEHOVA FUAD SADIQOV RASİM BƏHRAMİ APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR