Naxçıvanda kriminal avtoritetin qardaşı buna görə öldürüldü

# 16:31
20 oktyabr 2023

 

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində qətl hadisəsi törədilib. Hadisə zamanı kənd sakini 1973-cü il təvəllüdlü Fariz Ağayev həmkəndlisi 1994-cü il təvəllüdlü Elvin Zaxarov tərəfindən bıçaqla qətlə yetirilib. Hadisənin baş verməsinə səbəb isə aralarında yaranmış mübahisə olub. Kənd mərkəzində Fariz Ağayevə bıçaqla xəsarət yetirirək öldürən Elvin Zaxarov artıq saxlanılıb. Kənd sakinləri deyir ki, onlar arasında ilkin mübahisə pul üstündə düşüb. Mübahisə zamanı tərəflər bir-birlərinə söyüş söyüb. Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. İbtidai istintaq davam edir. Qeyd edək ki, qətlə yetirilən Fariz Ağayev kriminal aləmdə "Dana Vüqar" kimi tanınan, məhkum olunmuş Vüqar Ağayevin qardaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR