Necə edək ki, nar alanda aldanmayaq? - Göyçay bazarında nar axtarışı

# 11:25
30 noyabr 2023

Belə bir deyim var: Nar cənnət meyvəsidir...Bu cənnət meyvəsi dünyanın bir çox yerlərində bitsə də, ləziz dadı ilə seçilən Azərbaycan narının, xüsusilə də Göyçay narının tamını verə bilmir. Amma bəlkə də hamımız heç olmasa bir dəfə Göyçay narı və ya şirin nar adı ilə alıb evə apardığımız nar haqqında yanılmışıq. Elə bu səbəbdən də Göyçay narlarının əla dadı və keyfiyyətinin sirrini açmağa çalışdıq. Uzun sürən axtarışdan sonra hansı narı almaq lazım olduğunu bilən bir alıcıya rast gəlirik. İxtiyar Məhərrəmov deyir ki, ilk çiçəyin narı bütün narlardan şirin olur. Bəs görəsən illərlə nar əkib yetişdirən, işin əhli olanlar nə fikirdədir. Nar bazarında şirni turşdan, yaxşını pisdən necə ayıraq? Müsahibimiz tacından onun şirin, yoxsa turş olduğunu anlamaqla bağlı bəzi inancların da əsassız olduğunu deyir. O bildirir ki, tacına baxaraq narın formasını və qurdlu, yaxud keyfiyyətli olub-olmadığını müəyyən etmək olar. Faydalı və dadlı olan bu meyvə kəsilməsə və çatları olmasa, heç bir qoxu gəlmir. Əgər meyvənin qoxusu ətrafa yayılıbsa, sıxılma və ya güclü zərbə nəticəsində qabığı çartlyıb və ya içindən çürümə başlayıb deməkdir. Qoxusu ətrafa yayılmayan nar seçmisinizsə axtardığınız o narı tapmısınız deməkdir. Yeni dərilmiş narla çoxdan dərilmiş narı isə qabığının rənginə və nazikliyinə baxaraq müəyyənləşdirmək olar. Əgər qabıq qurudursa o nar təzə nar deyil. İlham Əhmədov, Taleh İbrahimov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR