Qüsursuz xidmət göstərdilər, evlə mükafatlandırıldılar

# 18:33
8 dekabr 2023

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara daimi mənzillərin verilməsi ilə bağlı püşkatma mərasimi keçirilib. Püşkatma yolu ilə ümumilikdə 473 mənzil növbəlik prinsipinə əsasən hərbi qulluqçular arasında bölüşdürülüb. Şəffaflıq və ədalətlilik prinsipi nəzərə alınmaqla, seçim əsasında Abşeron rayonu, Bakının Sabunçu və Suraxanı rayonlarında hərbi qulluqçuların ailələrinə mənzillər təqdim edilib. Aygün Carçıyeva, Həzrət Bayramlı, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR