Şabranda təkər təmiri sexində partlayış baş verdi
16:14
22 noyabr 2023
Şabranda təkər təmiri sexində usta bədbəxt hadisə nəticəsində ölüb. Hadisə Bakı-Quba yolunun Şabran rayonunun Dəvəçi kəndi ərazisindən keçən hissəsində yerləşən təkər təmiri sexində baş verib. Orada işləyən 24 yaşlı Rəfail Əzimov “Şaqman” markalı avtomobilin təkərinə hava doldurarkən təkər partlayıb. Nəticədə Rəfail Əzimov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qeyd edək ki, bədbəxt hadisə nəticəsində həlak olan 24 yaşlı Rəfail Əzimov Vətən müharibəsinin iştirakçısı olub. Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.
Cəfər Talıb, APA TV, Şabran
DİGƏR XƏBƏRLƏR
Bakı metrosunun “sovetdənqalma qatarlar”ı yenisi ilə əvəzlənməyəcək? – “65 yeni vaqon alınacaq”
11:01
31 iyul 2024
Bakıda borca görə düşən mübahisədə söyüş də söyüldü və qan çıxdı
15:59
30 iyul 2024
Telefonlardakı şəxsi görüntü və bank hesablarınız ələ keçirilə bilər
15:23
30 iyul 2024
ABŞ-dəki seçkilər dünya və Azərbaycana necə təsir edəcək?
14:31
30 iyul 2024