Sakinlər Xanagahdakı qoz ağacının məhsulundan niyə istifadə etmir
Culfa rayonunun Xanəgah kəndidir. Xanagah kəndi tarixi şəxsiyyətləri və abidələri ilə məşhurdur. Xalqımızın qəhrəmanlıq salnaməsinin yazıldığı möhtəşəm Əlincə qalası, Xanəgah Abidələr Kompleksi və Nəiminin məzarı bu kəndin ərazisində yerləşir. Xanəgah Abidələr Kompleksindən zəmanəmizə bir neçə məscid, türbə və bəzi tikililərin qalıqları gəlib çatıb. Ərazidə bərpa işlər aparılarkən torpağın altından bəzi kitabələr tapılıb. Xanəgahlarda insana böyük dəyər verilib. Elə bu səbəbdəndir ki, buradakı şərti mehrablarda insan təsviri yer alıb. Xanəgahla bağlı tarixi məqamlar kimi, bəzi əhvalatlar da mövcuddur. Onu da qeyd edək ki, hələ də insanlar bura gələrkən ibadət edir, ruhən saflaşmağa çalışırlar.
Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV
DİGƏR XƏBƏRLƏR
Bakı metrosunun “sovetdənqalma qatarlar”ı yenisi ilə əvəzlənməyəcək? – “65 yeni vaqon alınacaq”
Bakıda borca görə düşən mübahisədə söyüş də söyüldü və qan çıxdı
Telefonlardakı şəxsi görüntü və bank hesablarınız ələ keçirilə bilər