Salyanda bitən bu üzümün dadından doymaq olmur - Sahədən reportaj

# 14:53
29 avqust 2023

Muğan düzünün istisi burada yetişdirilən meyvələri dadlı edir. Elə adı dillər əzbəri olan Salyan rayonunun Xələc kəndində yetişdirilən üzümü də bu sıraya aid etmək olar. Bir çox kənddə yetişdirilsə da “Ağadayı sortu” Xələc üzümü kimi də məşhurdur. Xələc üzümü yalnız süfrə üzümü kimi yetişdirilir. O qədər şirindi ki, ac olan adamı belə doydurur. Bazarlarda bu üzümə böyük tələbat olur. Bu üzümün yetişdirilməsi əlverişli hava şəraitindən çox asılıdır. Havası isti olmayan yerdə də bu üzümü yetişdirə bilərsiniz amma dadı bu torpaqlarda yetişdirilən üzüm kimi şirin olmayacaq. Salxımları sıx olmayan Xələc üzümünün özəlliyi onun seyrək olmasındadır. Salxımdakı üzüm dənələrinin havalanması onun şirə ilə dolmasına və saralmasına imkan verir ki, bu da onun dadına təsir edir. Qeyd edək ki, Salyan rayonunda şərab üzümü yetişdirilmir. Rayonda süfrə üzümündən başqa qızılı qara üzüm, dərbəndi, şanı üzümləri də süfrəyə verilməsi məqsədi ilə yetişdirilir. Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR