Subartezian quyularında suya nəzarət üçün yeni sistem quraşdırılır – JURNALİSTLƏR SUQOVUŞANDA

# 19:37
3 iyun 2021

Bir qrup media nümayəndələri “Meliorasiya və su təsərrüfatı” ASC-nin təşkilatçılığı ilə işğaldan azad olunan Tərtər rayonunun Suqovuşan kəndinə səfər edib.

 

APA TV xəbər verir ki, səfərin əsas məqsədi Tərtər çayı üzərində yerləşən Suqovuşan Su anbarının hazır ki vəziyyəti ilə yaxından tanışlıq olub. Bildirilib ki, Suqovuşan Su anbarı işğaldan azad olunan ən böyük su təsərrüfatı obyektlərindən biridir. Ümumi həcmi 5.86 milyon kubmetr olan su anbarı ümumilikdə 96217 hektar torpaq sahələrinin suvarılması nəzərdə tutulub.

 

“Meliorasiya və su təsərrüfatı” ASC-nin sədr müavini Rafiq Aslanov jurnalistlərə açıqlamasında bildirib ki, qurumun istismarında olan Suqovuşan su anbarında qiymətləndirmə işləri başa çatdırılıb. Hazırda təmir işlərinə başlanılıb.

 

“Tərtərçay” Hidroqovşaq İstismar İdarəsinin baş mühəndisi Mehman Kərimov bildirib ki, hazırda podratçı təşkilat tərəfindən təmir-bərpa işləri aparılır. İşlərin qısa vaxt ərzində yekunlaşdırılması üçün əraziyə xeyli sayda texnika və işçi qüvvə cəlb olunub.

 

Daha sonra jurnalistlər Tərtər rayonu ərazisində yeni istifadəyə verilmiş SCADA tipli subartezian quyusunun təqdimatında iştirak ediblər. Bildirilib ki, 2018-ci ildən sonra qazılmış və istifadəyə verilmiş quyuların bir çoxunda SCADA sistemi quraşdırılıb. Bu sistem vasitəsi ilə su quyularına uzaqdan kameralar vasitəsi ilə nəzarət olunur, söndürülür-yandırılır, suyun verilməsi və bitməsi üçün vaxt limiti qoyulur. SCADA həm enerji, həm də su itkisinin qarşısının alması üçün vacib sistem sayılır.

 

Əli Əliyev onunda bildirib ki, hazırda Tərtər Rayonunda 552 artezian quyusu istismar edilir. Onun 342-si işlək və saz vəziyyətdədir, 47-si isə SCADA sisteminə qoşulub. Bu il 10 artezian da vurulacaq ki, onlara da müvafiq qaydada SCADA sistemi qoşulacaq.

 

Xələf Xələfov,

Musa Qulammirzəyev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR