Sumqayıtda ər arvadını bıçaqladı - APA TV hadisə yerində
Hadisə bu gün səhər saatlarında Sumqayıt şəhəri 14-cü məhəllə ərazisində baş verib. 36 yaşlı Mehman Əkbər oğlu Rüstəmov həyat yoldaşı 43 yaşlı Elmira Aydın qızı Məmmədovanı bıçaqlayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Qonşular ailənin indiyə kimi səslərini eşitmədiklərini, sakit ailə kimi tanıdıqlarını bildirirlər. Hadisə nəticəsində Elvira Məmmədova çoxsaylı bıçaq zərbələri alıb, hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Mehman Rüstəmov münaqişə zamanı xəsarət alıb, ona da tibbi yardım göstərilib. Hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti qənaətbəxşdir. Fakt üzrə araşdırma aparılır.
Xədicə Səxavət, Əli Əliyev, APA TV
DİGƏR XƏBƏRLƏR
Bakı metrosunun “sovetdənqalma qatarlar”ı yenisi ilə əvəzlənməyəcək? – “65 yeni vaqon alınacaq”
Bakıda borca görə düşən mübahisədə söyüş də söyüldü və qan çıxdı
Telefonlardakı şəxsi görüntü və bank hesablarınız ələ keçirilə bilər