Susuzluqdan kənddəki arx və kanallar da quruyub - Şərurdan REPORTAJ
Şərur rayonu Kosacan kənd sakinləri uzun müddətdir həm içməli, həm də təsərrüfat suyu sarıdan əziyyət çəkirlər. Bu kəndə gələn suyun bölünməsi və digər kəndlərə verilməsi, eyni zamanda artezian quyusunun olmaması camaatı su üzünə həsrət qalıb. Susuzluqdan artıq kənddə olan arxlar, kanallar belə quruyub, partlayıb. Sakinlər min bir əziyyətlə əkib-becərdiyi məhsulu suvara bilmədiyinə görə məhsuldarlığın da aşağı düşməsindən gileylənirlər. Əkin sahələrində yaranan su probleminin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumlar yerli sakinlərə vədlər versə də, məsələ öz həllini tapmayıb. İndi Kosacan kənd camaatının əkdiyi yonca ilə yanaşı, qarğıdalı təsərrüfatı ilə məşğul olan insanlara da ciddi ziyan dəyib. Kredit götürüb pulunu təsərrüfata yatıran kənd sakinləri deyir ki, yanlarında olan sahələr suvarılır, lakin bunlara növbə gəldikdə, deyirler su yoxdur. Bağında 100-dən çox ağacın quruduğunu bildirən Əyyar Əsgərovun sözlərinə görə, aidiyyəti orqanlar onlarla maraqlanmır. Bu kəndə su Arpaçaydan gəlir və su arxı burada ikiyə bölünür. Lakin Kosacan kəndinə gələn su mütəmadi olaraq kəsilir. Bu halla dəfələrlə üzləşən sakinlər onlarla maraqlanan qurumların olmadığını bildirirlər. Məsələ ilə bağlı Kosacan kənd icra nümayəndəsi Samir Cəfərovun fikrini öyrənməyə çalışsaq da, nümayəndəlikdə heç kimi tapa bilmədik. Şərur rayon Su İdarəsinin müdiri Vaqif Həsənov isə bildirdi ki, quraqlıqla bağlı su ehtiyyatından qənaətlə istifadə edilir. Gölə hazırda su daxil olmur və bir çox kəndlərdə artezian quyularında suyun səviyyəsi enib. Qarşıdakı dövrdə digər kəndlər kimi Kosacanda da subartezian quyusu istismara veriləcək. Yəni Kosacan kənd sakinləri əkdikləri məhsulun bəhrəsini görmək üçün hələ gözləməli olacaqlar. Ceyhun Məmmədov Əli Xudiyev, APA TV – Şərur
DİGƏR XƏBƏRLƏR
![Qəbələnin Mirzəbəyli kəndinin sakinləri görün sudan necə istifadə edirlər](https://apa.az/storage/apa-tv/news/2024/june/06/big/66619f1bb8c1066619f1bb8c11171767375566619f1bb8c0c66619f1bb8c0e.jpg)
Qəbələnin Mirzəbəyli kəndinin sakinləri görün sudan necə istifadə edirlər
![Balakəndə ot biçməyə gələn fəhlələr, ev sahibinin qurd düşmüş meyitini tapdı](https://apa.az/storage/apa-tv/news/2024/june/06/big/66619219d7e3d66619219d7e3e171767042566619219d7e3b66619219d7e3c.jpg)
Balakəndə ot biçməyə gələn fəhlələr, ev sahibinin qurd düşmüş meyitini tapdı
![Silinən zolaqlar, xarab işıqforlar, yoxa çıxan nişanları– Bu yollara niyə nəzarət yoxdur?](https://apa.az/storage/apa-tv/news/2024/june/06/big/666151e0218cf666151e0218d01717653984666151e0218cd666151e0218ce.jpg)
Silinən zolaqlar, xarab işıqforlar, yoxa çıxan nişanları– Bu yollara niyə nəzarət yoxdur?
![Əli Əhmədov: “Fermer 7 manat 40 qəpik verməklə 1000 manatlıq buğdanı sığortalayır”](https://apa.az/storage/apa-tv/news/2024/june/05/big/6660704dd6b676660704dd6b6817175962376660704dd6b656660704dd6b66.jpg)