Varşavada Azərbaycan və Polşa gənclərinin Qarabağ Forumu keçirilib

# 18:45
20 fevral 2024

Varşavada Azərbaycan və Polşa gənclərinin Qarabağ Forumu keçirilib – APA TV Fevralın 18-də Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Gənclər Fondunun dəstəyi ilə ilk dəfə olaraq Avropada "Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumu"nu reallaşdırıb. Azərbaycan-Slavyan Gəncləri Assosiasyası İctimai birliyinin sədri Səbuhi Abbasov bildirib ki, II Qarabağ savaşından sonra Azərbaycan həqiqətlərinin dünyada tanıdılması zərurətindən dolayı belə forumların Avropada keçirilməsi vacibdir və davamlı olacaq. Forum çıxışlarla davam edib. Sonda layihə çərçivəsində hazırlanan qısametrajlı videoçarx təqdim olunub və tədbir panel müzakirələri ilə davam edib. Forumun yekununda iştirakçılara sertifikatlar və hədiyyələr verilib. Qeyd edək ki, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası son 5 il ərzində Azərbaycan-Slavyan Gənclərinin I Forumunu, Azərbaycan-Ukrayna Gənclərinin I Forumunu, Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumunu uğurla reallaşdırıb. Qarabağa aid 3 dildə 2 film ərsəyə gətirilib və lobbi.az saytı yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR