Siyəzəndə məktəbli oğlan bıçaqlandı
Siyəzən rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayon sakini, 1997-ci il təvəllüdlü Fətəliyev Gündüz Adıgözəl oğlu bıçaqlanıb. Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə gətirilən yaralıya qarnın ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Əməliyyat olunan məktəblinin vəziyyətinin orta-ağır olduğu bildirilir. Siyəzən rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ilə bağlı saxlanılan yoxdur.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı