İnternatda döyülmə faktını Suraxanı rayon Prokurorluğu araşdıracaq
Bakıda internat məktəbində döyüldüyü iddia olunan şagirdlə bağlı məsələni Suraxanı Rayon Prokurorluğu araşdıracaq. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin təhqiqatçısı Rasim Seyidov məlumat verib. 7 nömrəli xüsusi internat məktəbinin şagirdi, 2006-cı il təvəllüdlü Nahid Zaur oğlu Cavadovun sifətində göyərmə izləri ilə bağlı hadisə şahidlərinin və internat rəhbərliyini izahatları toplanılaraq, araşdırılması üçün Suraxanı Rayon Prokurorluğuna təqdim edilib.
İşgəncələrə Qarşı Komitənin sədri Elçin Behbudov da məsələnin araşdırılması üçün Baş Prokurorluğa müraciət edib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı