Bank Of Baku

Göyçayda 30 yaşlı oğlan qətlə yetirilib

# 08:43
27 may 2014

Göyçayda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə mayın 26-da Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb. Rayon sakini 1960-cı il təvəllüdlü Məmmədov Rahim şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı həmyerlisi 1984-cü il təvəllüdlü Elvin Adıgözəlova çoxsaylı bıçaq xəsarəti yetirib. O, Göyçay Mərkəzi rayon Xəstəxanasına aparılarkən ürəyindən aldığı ağır xəsarətdən ölüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, tam məlum deyil. Əvvəllər məhkum olunmuş Rahim Məmmədov tutularaq istintaqa təhvil verilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı cinayət işi başlanıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR