Oğurladığı əşyaları 11 min manata satıb ƏYLƏNDİ
Ağsuda oğurluq hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkmiş şəxs Qaraqaşlı kəndində kirayə yaşadığı evdən satmaq məqsədilə saxladığı, ümumi dəyəri 11 000 manatdan artıq olan müxtəlif məişət əşyalarının oğurlandığını bildirib.
Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş kənd sakini Şükran Quliyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını müxtəlif şəxslərə satdığını, əldə etdiyi pulu isə öz əyləncəsinə xərclədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.
Şahnəzər Bəşirov,
APA TV
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi