Bank Of Baku

Hava yağışlı olacaq

# 14:15
29 may 2014

Mayın 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 24-29 dərəcə isti olacaq. Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 16-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq. Tibi meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında  biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR