Dövlət Gömrük Komitəsinin sədri qəbul keçirdi
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Xaçmazda şimal bölgəsindən olan vətəndaşları qəbul edib. APA TV-nin xəbərinə görə, qəbul zamanı Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarından olan müraciətlərinə baxılıb. Müraciətlərin əksəriyyəti gömrük keçid məntəqələrindən bəzi malların idxal və ixracı, sənədləşmə qaydaları, həmçinin işə qəbulla bağlı olub.
Qəbulda qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilib, komitənin strukturuna aid olmayan bir neçə məsələ isə qeydiyyata alınaraq aidiyyəti orqanlara çatdırılması üçün nəzarətə götürülüb. Komitə sədri ümumilikdə, 12 vətəndaşı qəbul edib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı