Şəhərləri addım-addım işğal edən sahibsiz itlər: Hər ay kimisə öldürürlər

# 20:41
30 may 2023

Bakının Səbail rayonunda, Xırdalan şəhərində, Bayıl, Mərdəkan, Biləcəri və xüsusilədə Masazır qəsəbələrində sahibsiz itlərin əlindən nəinki gecə, heç güdüz də küçəyə çıxmaq olmur. Masazır qəsəbəsi isə it dişləməsi faktına görə ön sıradadır. Çəkiliş qrupumuz ərazidə olarkən elə qarşımıza ilk çıxan da bir ay öncə itlərin hücumuna məruz qalan 7 yaşlı Fəqan Nadirli oldu. Deyir ki, sahibsiz itlərin əlindən artıq məktəbə getməyə də qorxur.

Qəsəbədə bu yaxınlarda 2 və 5 yaşlı iki uşaq sahibsiz itlərin hücumuna məruz qalıb. Bu hadisə sakinlər arasında təşvişi daha da artırıb.Xüsusuilə zibil yeşiklərinin ətrafında qida axtaran, ictimai-iaşə obyektlərinin yaxınlığında dolaşan xeyli sayda sahibsiz itlər var ki, hədəf kimi daha çox azyaşlıları seçirlər. Çox uzağa getməyək. Elə götürək may ayının əvvəlində Cəlilabadda 11 yaşlı qızın bacısını xilas etməyə çalışanda it dişləməsindən ölməsi faktını. 

Psixoloqlar düşünürlər ki, sahibsiz itlərin hücumu əksər hallarda insanların onlara aqressiv davranışından doğur.

Masazır sakinlərinin həyat şəraitini çətinləşdirən, küçələri “işğal edən” sahibsiz itlərə qarşı hansı tədbirlərin görülməsi ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinə sual ünvanladıq. Qurumdan şifahi olaraq bildirildi ki, bununla bağlı Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb.

 “Olacaq”, “ediləcək”, “başlanılacaq”, “görüləcək”... Yenə vəd, vəd, vəd... Axı illərdir ki, ortada iş yoxdur. Bəs ömürlük travma qazanmış bu azyaşlılara, həyatını itirən uşaqlara və böyüklərə görə kim məsuliyyət daşıyır və ya daşımalıdır? Neçə uşaq ölməli, yaralanmalıdır ki, sahibsiz it problemi ilə ciddi məşğul olsunlar.

İcra hakimiyyətləri aldadır, bunu bildik. Bəs qanun nə deyir? Məsələnin hüquqi müstəviddə həlli  varmı?

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən aldığımız məlumata görə 2023-cü ilin cari dövrü ərzində 3223 nəfər heyvan hücumuna məruz qalıb. Bunlardan 2676-sı it dişləmələridir. Heyvan dişləməsi nəticəsində 2 quduzluq hadisəsi baş verib. Ötən il isə Respublika üzrə 36960 nəfər heyvan hücumuna məruz qalıb. Bunlardan, 30374-ü it dişləməsidir. 2022-ci il ərzində 1 quduzluq hadisəsi baş verib.

 

AYTƏN SAKİTQIZI

KAMRAN NAMAZOV

APA TV

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR