Bakıda qadın sürücü avtomobilini mühafizə postuna çırpdı
Bakının Yasamal rayonunda 3 maşının toqquşması ilə nəticələnən qəza baş verib. Hadisə "Alov Qüllələri"nin yaxınlığında qeydə alınıb. APA TV-nin məlumatına görə, qadın sürücü idarə etdiyi "Honda" markalı avtomobillə əvvəlcə dayanacaqdan dayanan "London taksi"sini, daha sonra isə "Vaz 2109"u vurub. İdarəetməni itirən sürücü maşını yaxınlıqdakı mühafizə postuna çırpdıqdan sonra dayandıra bilib. Zərərçəkən sürücü Şamil Əliyevin sözlərinə görə, qəza qadın sürücünün diqqətsizliyi ucbatından baş verib. Qəza ilə bağlı yolda sıxlıq yarandığından avtomobillər evakutaor vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı