Zaqatalaya qar yağdı!
Böyük Qafqaz sıra dağlarının cənub ətəyinə, Azərbaycanın Zaqatala rayonu ərazisinə qar yağıb. APA TV-nin yerli bürosunun məlumatına görə, iyunun 2-də axşam saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə küləklə müşahidə olunan yağış yağıb, havanın temperaturu aşağı düşüb. Gecə saatlarında isə dağlıq ərazilərə qar yağıb. İyun ayında həmin ərazilərə qarın yağması iqlim şəraitinə xarakterik deyil. Güclü külək bölgədə bir sıra problemlər də yaradıb. Belə ki, gecə saatlarından Şəki və Qax rayonlarının bəzi yaşayış sahələrinə elektrik enerjisinin nəqli dayandırılıb.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı