Sabirabad sakininin həyətində külli miqdarda narkotik tərkibli bitki aşkar edilib
Sabirabad sakinin həyətində narkotik tərkibli çətənə kollarının əkib-becərdiyi məlum olub. Bu barədə APA TV-nin Mil-Muğan bürosuna Sabirabad Rayon Polis Şöbəsindən məlumat verilib. Polis əməkdaşlarının “Xaş-Xaş-2014” şərti adı ilə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sabirabad sakini 1975-ci il təvəllüdlü Mirzəyev Cəlal Nəzər oğlunun yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanaya baxış keçirilib. Bu zaman 2 metr hündürlükdə 25 ədəd, ümumi çəkisi 54 kiloqram olan narkotik tərkibli çətənə kolları aşkar edilib. Həmin istixanada eyni zamanda ümumi çəkisi 2,2 kiloqram qurudulmuş marixuana, evin həyətində olan yardımçı otaqdan avtomobillər üçün 3 cüt müxtəlif seriyalı dövlət nömrə nişanları və 15 qram qurudulmuş marixuana götürülüb.
Adı çəkilən şəxs istintaqdan yayındığı üçün onun tutulması istiqamətində Sabirabad Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı