FHN-nin Türkiyədəki mobil səhra hospitalı hansı işlər görür?
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Türkiyənin zəlzələ baş verən Kahramanmaraş bölgəsində mobil səhra hospitalı quraşdırılıb.
Mobil səhra hospitalı Kahramanmaraş idman klubunun stadiondadır. Hospital zəlzələdən zərər çəkən vətəndaşlara tibbi yardım göstərir.
Burada ilk tibbi yardım , laboratoriya, Rentgen müayinələri, eləcə də cərrahiyyə əməliyyatları üçün imkanlar var. Mobil səhra hospitalı laboratoriya, qəbul-çeşidləmə, yəni ilkin tibbi yardım otağından, reanimasiya otağından, intensiv terapiya otağından və cərrahiyyə bölməsindən ibarətdir.
Mobil səhra hospitalında 41 nəfər tibbi heyət fəaliyyət göstərir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu