90 yaşlı Corc Buş paraşütlə belə tullandı - REAL GÖRÜNTÜ
Amerikanın keçmiş prezidenti ata Corc Buş 90 illik yubileyini paraşütdən tullanaraq qeyd edib. APA TV-nin məlumatına görə, parkinson xəstəliyindən əziyyət çəkən və əlil arabasında yeriməyə məcbur olan eks-prezident professional paraşütçü Mayk Elliotla birlikdə iki yəhərli velosipeddə atlayıb. Men ştatındakı evinə yaxın bir yerdə yerə düşən ata Buşu həyat yoldaşı Barbara və oğlu Buş qarşılayıb. Bu, Buşun paraşütdən 8-ci tullanışıdır. Birinci dəfə o, İkinci Dünya müharibəsi zamanı Sakit okean üzərində təyyarəsi vurulduğuna görə, tullanmaq məcburiyyətində qalıb. O, 80 və 85 illik yubileylərini də paraşütdən tullanaraq qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı