Övladınız bu mahnıları dinləyirsə, uçurumun kənarındadır

# 19:50
3 may 2023

Kimi meyxana fonunda azyaşlıya spirtli içki verib onu videoya çəkir, kimisi toy mərasimində ara musiqisini sifariş verib bu havaya oynayan uşaqları alqışlayır. Deyəcəksiniz ki, toyda oynayarlar də, burda nə var ki? Amma nəzər salsaq, görərik ki,  səslənən musiqinin sözləri həbsxana həyatından bəhs edir. Məhz uşaqların həvəslə oynadığı bu mahnıda 15 nəfərin bir həbsxanadan digərinə köçürülməsindən bəhs olunur. Maraqlıdır, valideynləri həmin uşaqların başına papaq qoyub əllərinə təsbeh verərək nəyin sevincini yaşayır, nəyi təbliğ edirlər? Uşaq beyni ağ kağızdır deyiblər, nə yazsan o qalacaq. Bəs bu havalara qol açıb oynayan, bu cür musiqilərlə zövqü formalaşan uşaqların    beyinləri hansı həyat tərzinə köklənir?

Qəribədir ki, insanları pis vərdişlərə təşviq edən, həbsxananı insanlara xan sarayı kimi sırayan bu mahnılar yutubun Azərbaycan seqmentində trend olur, milyonlarla baxış yığır. Belə mahnılarla cuşa gəlib avtoxuliqanlıq edən, daha çox like xətrinə tiktok platformasında cildən-cildə düşən gənclər fərqindədirlər ki, Azərbaycanın zövq alacaq klassik, retro, pop, rock musqiləri, oyun havaları var. Amma bu bayağı ,təhlükəli sözləri olan mahnıları dinləyən uşaqlar bizim musiqimizin zənginliyindən xəbər tuta bilməyəcəklər.

Fərqindəyik ki, 3-5 dəqiqəlik süjtlə uşaqların musiqi zövqünün korlanmasının, bu ara mahnılarının onların həyat tərzinə təsir etməsinin qarşısını ala bilmərik. Amma sən, mən, digəri belə mahnıları dinləməkdən imtina etsək, həmin mahnılara milyonluq baxış göndərməsək, həm Azərbaycan musiqisi, həm də  uşaqların musiqi  zövqü çirklənməkdən qurtular.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR