Ərdoğanın içərisində olduğu helikopterdə qəza baş verdi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da içərisində olduğu baş nazirliyə aid helikopter Artvin şəhər stadionuna eniş edərkən qəza keçirib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Ərdoğanın və onu mühafizə edən helikopterlərin enişini, polis Olimpik Üzmə Hovuzu inşaat sahəsinə yönləndirib. Ərazidə olan inşaat malları helikopterin pərlərinin yaratdığı külək nəticəsində havaya qalxıb. Bu zaman baş naziri gözləyən jurnalist Orxan Sevinc, inşaat işçisi Camal Doğan və adı açıqlanmayan bir polis məmuru üz və bədənlərindən yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı